"Rusiya Azərbaycan və Ermənistana ümumi dil tapmağa kömək edir"

26 May 2023 07:00 Problem 493
"Rusiya Azərbaycan və Ermənistana ümumi dil tapmağa kömək edir"

"Bakı və İrəvan arasında sülh müqaviləsi uzunmüddətli, davamlı həll yollarına əsaslanmalıdır".

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə müsahibəsində bildirib.

O, tərəflər arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, bu məsələlərin həddindən artıq həssaslığını nəzərə alaraq, danışıqlar prosesinin gedişatına mane olmamaq üçün onun gedişini şərh edə bilməz.

"Bakı və İrəvan nəyin onların fundamental maraqlarına cavab verdiyinə və xalqları üçün sabit və etibarlı sülhü necə təmin etmək niyyətində olduqlarına özləri qərar verirlər", - Rusiya xarici işlər nazirinin müavini deyib.

O xatırladıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesini bütün formalarda dəstəkləyir.

"31 oktyabr 2022-ci il tarixli Soçi sammitindən sonra liderlərin üçtərəfli bəyanatı regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün sülh müqaviləsinə fəal hazırlaşmağın vacibliyini vurğulayır".

Qaluzin əmindir ki, bu birgə işə 2020-ci ilin noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış üçtərəfli sazişlər toplusunun həyata keçirilməsi kontekstində baxılmalıdır.

"Onlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını təşkil edir və Bakı ilə İrəvanın barışması üçün yol xəritəsini formalaşdırır. Bura nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafı istiqamətində addımlar daxildir", - o deyib.

Sülh müqaviləsinin mövzusuna qayıdaraq Qaluzin bildirib ki, Rusiya ümumi dil tapmağa, uyğun gələn razılaşmalara və güzəştlərə getməyə kömək edir.

Mayın 24-də Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan sovet inzibati sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü tanıyacaq.O, mətbuat konfransında bildirib ki, İrəvanın tanımağa hazır olduğu Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrinə Qarabağ da daxildir.

Digər Xəbərlər
Xəbər Lenti