“Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyırıq, bura Qarabağ da daxildir”

24 May 2023 03:10 Problem 1 247
“Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyırıq, bura Qarabağ da daxildir”

“Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 km² ərazisini tanıyır”, - deyə hökumət başçısı əlavə edib.

Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi