Xankəndidə gedən oyunların SENSASİON detalını açdı

21 May 2023 08:20 Problem 523
Xankəndidə gedən oyunların SENSASİON detalını açdı

“Qarabağda separatçılar arasında fikir ayrılıqları mövcud olduğundan artıq şişirdilir.

Məsələn, yazırlar ki, “parlamentin spikeri prezidentin istefasını və ya yeni seçkilər tələb edib”, “Qarabağ prezidenti ilə təhlükəsizlik şurasının keçmiş katibi arasında fikir ixtilafı mövcuddur”, “Samvel Babayan vəzifə istəyir” və ya “Ruben Vardanyan Araik Arutyunyana qarşı yeni hərəkat formalaşdırıb””.

Bnu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

elxan.jpg (68 KB)

Politoloq bildirib ki, bu cür xəbərlərin yayılmasında məqsəd beynəlxalq aləmə Qarabağ erməniləri arasında ciddi siyasi mübarizənin və çoxsaylı “siyasi fiqurların” mövcud olduğunu aşılamaqdır:

“Yəni belə təsəvvür yaratmaq istəyirlər ki, Qarabağda “özünüidarə uğrunda mübarizə gedir” və bu səbəbdən onlar Azərbaycan qanunlarına tabe ola bilməzlər. Biz isə beynəlxalq aləmə Qarabağda separatizmin günlərinin azaldığını, onların tərk-silah olunacağını və Xankəndidə Azərbaycan qanunlarının işləyəcəyini təlqin etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"