Bakı və İrəvana ÇAĞIRIŞ

18 May 2023 12:10 Problem 399
Bakı və İrəvana ÇAĞIRIŞ

“Təəssüflər olsun ki, son vaxtlar, yəni mayın 11-dən 12-dək olan müddətdə Ermənistanın Qeqarkunik (Göyçə) rayonunun Sotk (Zod) qəsəbəsi yaxınlığında Ermənistan-Azərbaycan sərhədində hər iki tərəfdən atəşkəs rejiminin pozulması halları baş verib”.

Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Rusiya XİN sözçüsü əlavə edib ki, hazırda vəziyyət sabitləşib.

“Biz Ermənistan və Azərbaycan tərəfini təxribat xarakterli hərəkətlərdən və vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırırıq.

Hesab edirik ki, bütün mübahisəli məsələlərin həlli siyasi və diplomatik yollarla baş verməlidir və biz buna hər cür töhfə vermək niyyətindəyik, o cümlədən üçtərəfli görüş mayın 19-da Moskvada keçiriləcək”, - Zaxarova bildirib.

Brüssel görüşü ərəfəsində Ermənistan bu bölgədə təxribata əl atmış, hər iki tərəf itki vermişdi. Az öncə İrəvan Zod bölgəsində iki yaralısının olduğu barədə xəbər yayıb. Düşmənin 19 may Moskva görüşü ərəfəsində yenidən aktivləşməsi təsadüfi deyil.

Digər Xəbərlər
Xəbər Lenti