Premyer Liqaya gəlmək üçün AFFA qarşısında bu öhdəliyi götürdülər

16 May 2023 14:00 Problem 1 532
Premyer Liqaya gəlmək üçün AFFA qarşısında bu öhdəliyi götürdülər

I Divizionda vaxtından əvvəl çempion olan «Araz Naxçıvan» ilə AFFA arasında danışıqlar yekunlaşmaq üzrədir.

Federasiya tərəfindən Premyer Liqada iştirak üçün lisenziya alan Muxtar Respublika klubu üzərinə növbəti öhdəliyi götürüb.

Region təmsilçisi Naxçıvan şəhər stadionunun qazonunu dəyişəcəklərinə dair qarşı tərəfə söz verib.

Razılaşmaya görə, bu ayın sonundan etibarən meydançanın söküntüsünə başlanacaq və bu iş iyulun axırında başa çatdırılacaq.

«Araz Naxçıvan» rəhbərliyi AFFA-ya vəd edib ki, yeni salınacaq süni qazon Premyer Liqanın yeni mövsümünün startına 15 gün qalmış təhvil veriləcək.

Naxçıvan klubu bu məqsədlə Türkiyə şirkətlərinin biri ilə anlaşıb. Buna əsasən, qardaş ölkədən olan firma meydançanı dəyişdirəcək. 500 min manat qarşılığında.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi