Ermənilər ÜSYANda: “Biz seçkini izləyəndə Paşinyan Zəngəzuru Azərbaycana verdi”

16 May 2023 12:50 Problem 556
Ermənilər ÜSYANda: “Biz seçkini izləyəndə Paşinyan Zəngəzuru Azərbaycana verdi”

"İrəvanda Türkiyədəki seçkiləri izlədiyiniz bir vaxtda Brüsseldə Ermənistanın Baş naziri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı".

Bunu erməni türkoloq Varujan Geqamyan deyib.

“Əliyev və Paşinyanın görüşündən sonra AB Şurasının rəhbəri Mişelin Ermənistan üçün xoşagəlməz açıqlamaları oldu.

1. Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və müvafiq olaraq Ermənistanın (29.8 kv.km) və Azərbaycanın (86.6 kv.km) ərazi bütövlüyünə qeyd-şərtsiz sadiqliklərini təsdiqləyiblər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq. Azərbaycanın 86.600 kv. km-ə Qarabağ da daxildir. Ermənistan hakimiyyətinin Qarabağı təslim etməsi ilə bağlı bundan daha aydın bəyanat ola bilməz.

2. Kommunikasiyalar baxımından tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrə yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Bu mövzuda xüsusən də Naxçıvan və ordan keçən dəmir yolu əlaqəsinin bərpası məsələsində hazırda mövqelər bir-birinə çox yaxındır. Onlar müvafiq qruplara konkret qrafiklə yanaşı, dəmir yolu xəttinin açılması şərtləri və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial müqaviləni razılaşdırmaq tapşırılıb.

Nə demək olar, bəyanatın bəndlərində xronoloji ardıcıllığa tam əməl olunur. Qarabağın təslim olmasından sonra növbə dərhal Zəngəzura çatacaq. Zəngəzur dəhlizi proqramının həyata keçirilməsi gələcəyi həmişəkindən daha aydın oldu”, - o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti