Azərbaycan millisinə qarşı oynamayacaq - Tanınmış futbolçu

14 May 2023 23:20 Problem 605
Azərbaycan millisinə qarşı oynamayacaq - Tanınmış futbolçu

"Atletiko"nun (Madrid) futbolçusu Aksel Vitsel Belçika millisindəki karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O, yığmadakı çıxışını dayandırmaqla çətin qərar qəbul etdiyini yazıb:

"Son 15 ildə ölkəmi təmsil etdiyim üçün qürur duyuram. İndi mənim üçün ailəmə daha çox vaxt ayırmaq və diqqətimi öz klubumda oynamağa yönəltmək vacibdir".

Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə F qrupunda yer alıb.

Komandalar arasında ilk oyun bu il sentyabrın 9-da Bakıda, ikinci qarşılaşma isə noyabrın 19-da Brüsseldə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu