"Sabah"la xeyriyyə matçından sonra səhhəti pisləşən "Beşiktaş"ın futbolçusu Onur Bulutun son durumu açıqlanıb.
Sportinfo.az xəbər verir ki, təzyiq problemi ilə üzləşdiyi üçün huşunu itirən 29 yaşlı müdafiəçi hazırda həkim nəzarətindədir.
O, komanda ilə birlikdə İstanbula dönməyib. Hazırda Bakıda özəl klinikalardan birinə yerləşdirilən Bulut həkim nəzarətindədir.
Onun səhhəti yaxşı olsa da, həkimlər futbolçunun ən azı bu gecə nəzarət altında qalmasını məsləhət görüblər.
Onur yalnız tibbi personalın icazəsindən sonra İstanbula yollana biləcək. Hazırda onunla birlikdə 2 klub rəsmisi də Bakıda qalmalı olub.
Baş məşqçi Şenol Günəş və klubun tibbi heyəti Onur Buluta həkimlərin icazəsi olana qədər Bakıda qalmalı olduğunu bildiriblər. Futbolçu klubun düşərgəsinə döndükdən sonra yenidən tibbi müayinədən keçiriləcək.

