AFFA-ya təklif verdi: “Klublara deyin, həmin pulun 100 min manatını…” - VİDEO

13 May 2023 22:40 Problem 1 782
AFFA-ya təklif verdi: “Klublara deyin, həmin pulun 100 min manatını…” - VİDEO

“Bilirik ki, dövlət Premyer Liqada çıxış edən hər kluba illik olaraq 3 milyon manat vəsait ayırır.

Yaxşı olar ki, həmin məbləğin 100 mini məşqçilərin xaricdə seminarlara qatılmasına sərf edilsin”.

Bu fikirlər “Qarabağ” və “Sabah”ın sabiq funksioneri Emin Abbasova aiddir.

O bildirib ki, hər klubun 10-12 məşqçisi il ərzində bir dəfə xaricə yollanıb müxtəlif seminarlarda iştirak eləsə, bu, onların inkişafına təkan verəcək:

“Mən xaricdən bura kurs keçməyə kimlərinsə gətirilməsindənsə, buradakı məşqçilərin orada təcrübə toplamasını üstün tutardım.

AFFA bunu klublardan tələb etməlidir. Onların qarşısına şərt qoymalıdır ki, aldığınız pulun bir hissəsini bu istiqamətə xərcləyin”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi