Ermənistan ordusunun əl atdığı Zod təxribatının ardınca baş nazir Nikol Paşinyan qarşıdakı görüşün taleyi ilə bağlı mövqeyini açıqlayıb.
Bu barədə erməni mediasına istinadən xəbər verir.
“Bazar günü danışıqlar üçün Brüsselə səfər etmək fikrimi dəyişməmişəm”- Paşinyan hökumətin iclasında bildirib.
Ermənistanın baş naziri ardınca sülh sazişinin nə dərəcədə real olmasından bəhs edib.
“Mən Brüsselə getsəm, güman etdiyim kimi, müəyyən qüvvələr tərəfindən veriləcək suala cavab vermək istəyirəm. Bazar günü Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı nə dərəcədədir?
Təəssüf ki, bu imkan çox azdır, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkindir və onun imzalanması barədə danışmaq hələ tezdir”, - Paşinyan bildirib.

