Sülh müqaviləsi ilə bağlı DETALLAR - Bu ölkələrin PAYI veriləcək

27 Mart 2023 18:50 Problem 2 152
Sülh müqaviləsi ilə bağlı DETALLAR - Bu ölkələrin PAYI veriləcək

Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etdirilməsinə çalışır.

Professor Qabil Hüseynli musavat.com-a açıqlamasında bildirib ki, ABŞ Rusiyadan, xüsusilə də İrandan xeyli dərəcədə səmimidir.

b0f99b00c632509ee173fa10993c4fe2.jpg (246 KB)

Politoloqun sözlərinə görə, bölgədə Qərbin strateji maraqlarına qulluq edən bir hadisə baş verə bilər:

“Üstəlik, bu bölgədə Rusiya ilə İranın at oynatmasının qarşısı alına bilər. Bölgə böhranlı bir vəziyyət yaşayır. Rusiyanın məkrli planları, İranın sərhədimizə qoşun yığması, İran təyyarələrinin bir-birinin ardınca hərəkət etmələri təlaşlı bir vəziyyət yaradıb. Bölgədə isti müharibənin əlamətləri görünməkdədir. İranın Azərbaycan xalqına psixoloji təzyiqə hesablanmış, Ermənistana isə ciddi maddi-mənəvi dəstəyə hesablanmış bu planları sözsüz ki, baş tutmayacaq. Üstəlik, onun Rusiya ilə birgə hərəkət etməsi artıq bütün planları üzə çıxarır. Qərb də görür ki, Rusiya ilə İran bölgəni qarışdırmaq istəyir. Bölgədə formalaşmış status-kvonu dəyişdirməyə çalşırlar. 44 günlük müharibədən sonra bölgədə formalaşmış status-kvo demək olar ki, əksər dövlətlərin və supergüclərin maraqlarına cavab verir”.

Qabil Hüseynli vurğulayıb ki, Fransa istisna olmaqla Qərb bölgədə sülhün yaranmasını istəyir və buna can atır:

“Sülh müqaviləsinin bağlanması üçün kifayət qədər şərtlər formalaşıb, bir çox məqamlar onlayn formada olsa da, razılaşdırılıb. Sadəcə olaraq bölgəni qarışdıran İranın, müəyyən supergüclərin gedişləri olmasaydı, bu məsələni tezliklə başa çatdırmaq olardı. Bütün bunlara baxmayaraq, ABŞ-ın timsalında Qərb bölgəyə ciddi surətdə yanaşır. İranın fəallaşması isə deyərdim ki, dünyanı narahat edən problemdir. Bu nöqteyi-nəzərdən sülh müqaviləsinin imzalanması məsələsini tezləşdirmək istəyirlər. Sülh müqaviləsi imzalanandan sonra bölgədə yəqin ki, İranın, müəyyən qədər də Rusiyanın payını vermək lazım olacaq.

Hər halda bölgədə bir sıra geosiyasi maraqların həll edilməsi istiqamətində axtarışlar gedir və güman edirəm ki, bu axtarışlarda Azərbaycan özünün aparıcı rolunu təsdiq edə biləcək”.

Digər Xəbərlər
Xəbər Lenti