Ermənistan Azərbaycanla vasitəçilərsiz danışıqlardan niyə qaçır?

5 Fevral 2023 13:50 Problem 371
Ermənistan Azərbaycanla vasitəçilərsiz danışıqlardan niyə qaçır?

Rusiya Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında vasitəçilik təşəbbüsünü yenidən ələ almağa çalışır.

Uzun müddətdir danışıqlar prosesinin dayanması Moskvanı yenidən təşəbbüsü ələ almağa həvəsləndirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla son telefon danışığının əsas mövzusu da iki ölkə arasında təmasların bərpa edilməsinə yönəlib.

Lavrov Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduqlarını açıqlayıb.

Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Yayılan məlumatlara görə, Pitin də Azərbaycanla Ermənistan arasında danışıqların vacibliyini bildirib.

Ekspertlər hesab edir ki, Moskva İrəvanın qeyri-rasional siyasəti ucbatından danışıqlarda yaranmış bu boşluqdan istifadə etmək istəyir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub. Bəs bu dəfə Rusiyanın danışıqlar təşəbbüsü alınacaqmı? Vaşinqton və Brüssel formatları da aktivləşəcəkimi?

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO -  Sonxeber.net

Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, bu gün bir sıra vasitəçilik təşəbbüslərinin şahidiyik: “Əslində ötən il danışıqlar prosesində aktivlik oldu. Danışıqlar bir neçə platformada aparılırdı. Brüssel platforması ilə yanaşı, Rusiya platforması da var idi. Ötən ilin sonlarına yaxın təkcə Brüssel formatı deyil, Rusiya formatı da Ermənistanın davranışları, təxribatları üzündən dalana dirəndi, sıfırlandı. İkinci Qarabağ müharibəsindən sonrakı müddətdə danışıqlar prosesində heç zaman son 3-4 aydakı kimi durğunluq vəziyyəti müşahidə olunmayıb. İndi ilin əvvəllidir, vasitəçi mərkəzlər yenidən aktivləşmək istəyirlər. Bu dəfə Rusiya ilə yanaşı, ABŞ-də vasitəçilik missiyası ilə təşəbbüsü ələ almaq istəyir. Rusiya isə ABŞ-dən önə çıxmağa çalışır. Ona görə də Sergey Lavrov Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin Moskvada görüşünün təşkil edilməsinə hazır olduqlarını bəyan etdi. Brüsselin də danışıqlar masasını yenidən təşkil etmək cəhdlərinin şahidi oluruq”.

Politoloqun sözlərinə görə, əgər Rusiya tərəfindən danışıqlar prosesi daha tez bərpa ediləcəksə, xarici işlər nazirlərinin Rusiyada görüşü təşkil olunucaqsa, Ermənistan mümkün qədər çalışacaq ki, yenidən Fransanın iştirakı ilə Brüssel platforması bərpa olunsun: “Hətta Ermənistan ABŞ-nin vasitəçiliyi ilə üçüncü platformanın da aktivləşməsini istəyəcək. Çünki eyni vaxtda 3-4 platformada danışıqların aparılması prosesin uzanması və nəticəyə gəlinməməsi ehtimalını artırır. Ermənistan isə vaxt udmaq üçün danışıqlar prosesinin mümkün qədər uzanmasında maraqlıdır. Azərbaycan Brüssel platformasını dəstəkləyirdi. Bu platforma çərçivəsində aparılan danışıqlarda bir sıra müsbət nəticələr də əldə olunmuşdu. Ancaq Ermənistan prosesi pozdu və Fransanın diktəsi ilə, başda Brüssel platforması olmaqla, bütün danışıqları iflic vəziyyətə gətirdi. Ermənistanın üzündən bu gün danışıqlar prosesi mövcud deyil”.

X.Bəşirov qeyd etdi ki, Rusiya təşəbbüsü ələ almağa çalışsa da, məqsəd, sadəcə, dominantlığı öz əlində saxlamaqdır, real nəticəli danışıqlar prosesini başlatmaq və sülh sazişinin imzalanmasına nail olmaq deyil: “Bununla belə, Rusiya platformasında danışıqlar prosesinin başlaması, Brüssel və Vaşinqton platformalarının gündəmdən sıxışıdırılıb çıxarılmasına gətirib çıxarmayacaq. Əksinə, adıçəkilən mərkəzlər bir qədər də aktivləşəcək, hərəkətə keçəcək. Bakının isə istəyi ondan ibarətdir ki, hansı platforma olmasından asılı olmayaraq, görüntü xarakterli danışıqlar prosesi deyil, real nəticəli, sülh sazişinin imzalanmasına nail olan danışıqlar prosesi getsin. Sülh sazişinin əldə olunnmasında hansı format real nəticə ortaya qoymaq istəyirsə, Azərbaycan tərəfi orada iştirak etməyə hazırdır. Azərbaycan heç bir vasitəçi olmadan Ermənistanla ikilikdə sülh danışıqları aparmaq variantını da dəstəkləyir. Məncə də, ən uğurlu variant budur. Ermənistan Azərbaycanla vasitəçilərsiz danışıqlardan qaçır”.

Digər Xəbərlər
Xəbər Lenti