Azərbaycan millisinin hücumçusunun burnunu sındırdılar

4 Dekabr 2022 13:20 Problem 478
Azərbaycan millisinin hücumçusunun burnunu sındırdılar

Azərbaycan millisinin və Almaniya "Şalke"sinin U-23 komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2-ci oyundur meydana qoruyucu maska ilə çıxır.

Qərb Regional Liqasında "Köln"ün müvafiq yaş qrupundan ibarət komandası ilə XIX matçında (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib:

"Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm".

Rüfət Dadaşov cari mövsüm "Şalke"nin heyətində 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu