Həbib hara yoxa çıxıb?

29 Sentyabr 2022 03:30 Problem 862
Həbib hara yoxa çıxıb?

Qarışıq döyüş növləri üzrə dünya ulduzu, yüngül çəkidə UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov abunəçilərin ondan səfərbərliyə qarşı aparılan mitinqləri və Dağıstanda etirazçılara qarşı sərt münasibət göstərilməsini şərh etmək çağırışından sonra İnstaqram səhifəsində şərhləri bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Kavkaz.Realii” saytı məlumat yayıb.

Həbib Nurməhəmmədovun şərh yaza bilinəcək son statusu bu ilin 16 sentyabr tarixinə aiddir.

Hətta həmin yazının altında bir neçə min şərhə rast gəlinir. Onların əhəmiyyətli bir hissəsində abunəçilər idmançıdan respublikada baş verən hadisələri şərh etməsini istəyiblər.

“Qardaşların “top əti” olmağa göndərilib, sən isə - “qəhrəman” susursan”, - deyə şərh yazılıb.

16 sentyabrdan sonra paylaşılan 4 statusda şərh buraxmaq imkanı qapadılıb. Eyni zamanda Nurməhəmmədov şəxsi səhifəsində reklam yaymağa davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM