
Xorvatiyanın II Liqasında çıxış edən "Tsibaliya"nın hücumçusu Robert Periç-Komşiç anası Liliananın həyatını xilas etmək üçün futbola ara verməli olub.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu çiyərlərinin 70 faizini anasına bağışlayıb.
Periç-Komşiç bu məqsədlə Türkiyənin İstanbul şəhərinə yollanaraq əməliyyat olunub. O, 13 ildir səhhətindəki problemlə mübarizə aparan Liliana üçün orqan transplantasiyası edib.
Bosniya və herseqovinalı forvard bu addımı belə izah edib:
"Anamın həyatı təhlükədə idi, ciyərinə su dolurdu. Digər variantların mümkünsüzlüyünü anladıqdan sonra əşyalarımı toplayaraq, İstanbula uçdum.
Missiyam aydın idi: Anamı sağaltmaq. Qalan bütün şeylər mənim üçün ümumiyyətlə vacib deyildi".
Orqan köçürməsi uğurla başa çatıb və Liliana həyatını bərpa edib. İndi Periç-Komşiç yenidən futbol barədə düşünür:
"Anam mənə həyatını vermişdi. Mən də onun həyatını uzatdım. Özümü çox yaxşı hiss edirəm. Tam motivasiyalı, hər zamankından da əla əhval-ruhiyyədəyəm.
Özümlə bağlı baş verənlər məni möhkəmlətdi. Ciyərim əməliyyatdan iki ay sonra, demək olar ki, tam bərpa olundu. Böyük zirvələrə hazıram və həftəsonu ilk dəqiqələrdən meydanda ola bilərəm".