Ronaldo yaxın ətrafına bildirib ki... HARA GEDƏCƏK?

24 İyun 2022 18:40 Problem 1 414
Ronaldo yaxın ətrafına bildirib ki... HARA GEDƏCƏK?

Kriştiano Ronaldonun bu yay “Mançester Yunayted”i tərk etməsinin mümkünlüyü ilə bağlı yeni iddia ortaya atılıb.

Sportinfo.az xəbər verir ki, növbəti mövsümlə bağlı portuqaliyalı futbolçunun komandanın yeni baş məşqçisi Erik ten Haqla bir neçə dəfə söhbəti olub.

O, holland mütəxəssisin komandaya hücum futbolu qaytarmaq istəyindən məmnun olub.

Amma “qırmızı-şeytanlar”ın transfer bazarındakı susqunluğu Ronaldonu narahat edir və buna görə əsəb gərginliyi keçirir. Ronaldo yaxın ətrafına bildirib ki, heyət gücləndirilməsə, o, özünə yeni klub axtarışına çıxacaq.

Başqa bir məlumata görə, K.Ronaldo karyerasının son illərində yenidən yüksək titulllar qazanmaq istəyir. Onun “MY”dən yeni futbolçular almaq istəyi də bununla əlaqədardır.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!