"Dövlət bütün klubları saxlaya bilməz, iş adamlarını cəlb etmək üçün bəzi işlər görülür"

13 May 2022 13:40 Problem 944
"Dövlət bütün klubları saxlaya bilməz, iş adamlarını cəlb etmək üçün bəzi işlər görülür"

"Bunun üçün maliyyə lazımdır".

Sportinfo.az xəbər verir ki, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.

O bildirib ki, dövlət bütün futbol klublarını saxlaya bilməz:

"İş adamlarını idmana cəlb etmək üçün müəyyən işlər görülür. Məsələn, reallığa uyğun olaraq, onlara vergi məsələlərində güzəşt etmək olar.

İqtisadiyyatımız da buna hazır olmalıdır. Bizdə hansısa idman növü inkişaf etməyibsə, oraya ən yaxşı məşqçini dəvət edirik.

Bu idman növü inkişaf etməyibsə, həmin mütəxəssis gəlib kiminlə işləyəcək?

Əvvəlcə uşaqları yetişdirməli, müəyyən işlər görülməlidir. Hər şeyi planlı şəkildə etmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti