"Mən "Xəzər Lənkəran"la oyunlara başqa cür hazırlaşırdım" - Qurban Qurbanov

10 May 2022 13:40 Problem 621
"Mən "Xəzər Lənkəran"la oyunlara başqa cür hazırlaşırdım" - Qurban Qurbanov

“Mənim üçün Zaqatala da eynidir, Lənkəran da.

Hər iki şəhərin komandaları Premyer Liqada oynamağa layiqdir. Hər ikisinin futbol ənənələri var”.

Sportinfol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, “Turan Tovuz” və “Kəpəz”in yeni mövsümdən Premyer Liqaya qayıdacağından danışıb. 50 yaşlı mütəxəssis “Zaqatala”nın Premyer Liqaya, “Xan Lənkəran”ın 1-ci diviziona buraxılmamasına da münasibət bildirib:

"Xəzər Lənkəran"la Lənkərandakı oyunlara başqa cür hazırlaşdığımı 7-8 il əvvəlki müsahibələrimdə də demişəm. Həmin stadionda futbolçular özlərini böyük oyundakı kimi hiss edirdilər.

10-12 min azarkeş dəstəyi olan komandaya qarşı oynamaq elə də asan deyil. Heç birini bir-birindən ayırmıram.

İndi belə qərar veriblər, amma təkcə saya yox, keyfiyyətə də fikir vermək lazımdır. Keyfiyyət çox vacibdir. Həm oyunçu, həm komanda, həm stadionların keyfiyyəti də nəzərə alınmalıdır.

Burada hər şey böyük rol oynayır. İndi belə addım atıldı, gözləyək görək necə olacaq. Özüm "Turan"da oynamışam, Tovuzun futbol ənənəsi var.

Gəncə haqda danışmağa ehtiyac yoxdur. Azərbaycana ən çox futbolçu verən bölgələrdən olub. Azarkeş sayına görə də həmişə üstün idilər.

Bu cür şəhərlərimizdə futbolun olması sevindiricidir. Digər şəhərləri də yaddan çıxarmalı deyilik. Mənim üçün Zaqatala və Lənkəran eynidir.

Çoxdandır ki, Tovuzda, Gəncədə oyun oynamamışıq. Mənim üçün bu şəhərlərə getmək çox xoş olacaq.

Yəqin ki, köhnə tanışlarımı da görəcəm, futbol ənənələrini yenidən yada salacam”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi