
Bu yaxınlarda AFFA-nın dəstəyi ilə Gəncədə yerləşən, hamının "Dyadya Kostyanın meydançası" kimi tanıdığı meydançanın yenidənqurması və təntənəli surətdə açılışı qeyd olundu.
Məhz həmin meydançada "Kəpəz" veteranlarına məşq keçmək üçün şərait yaradılacağına söz verildi.
İlk baxışdan hər şey gözəl - məşq meydançası var, məşq keçməyə mütəxəssis var, məşq üçün uşaqların yığımına da artıq bir neçə gündür elan verilib. Amma məşqlərə başlamaq müşkülə çevrilib.
Belə ki, məşq meydançası üçün ən önəmli məsələ sayılan paltardəyişmə otağı hələ də hazır deyil. Heç tikinti aparılmır, buna nə vaxt start veriləcəyi də dəqiq deyil.
Məşqlərə övladını yazdırmağı düşünən valideynlər isə böyük həsrətlə problemin həllini gözləyir. Ki, uşaqları məşqlərə start versin.
Görəsən, açılışda "Simvolik açar" davası aparan rəsmilər nə düşünür?
Məsələ gündəmimizdədir...
XANOĞLAN / SPORTİNFO.AZ