“Keşlə” süni şəkildə yaradılmışdı, süni şəkildə də yerə gömüldü“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “İnter“in sabiq prezidenti Georgi Nikolov deyib.
Uzun illər paytaxt təmsilçisinə rəhbərlik etmiş bolqarıstanlı funksioner klubun “Şamaxı“ adıyla ortalıqdan yox olmasına sərt münasibət bildirib:
“Mən ad və yaranma tarixinə ciddi önəm vermirəm.
Bəs,ad dəyişəndə, deyirdilər, Keşlə qəsəbəsinin futbolsevərləri oyunlara baxmaq istəyir, komanda orada oynadığı üçün qəsəbənin adını təmsil etməlidir.
İndi hanı “Keşlə”nin azarkeşləri, qəsəbənin veteranları, ağsaqqalları? Niyə heç kim etiraz etmir?”.

