"AFFA bunu ləğv etsə, əminəm ki, əksər klublar…"

3 Aprel 2022 18:00 Problem 1 089
"AFFA bunu ləğv etsə, əminəm ki, əksər klublar…"

«AFFA yaş limitini ləğv etsə, əminəm ki, əksər klublar Premyer Liqada gənclərin xidmətindən istifadə eləməyəcək».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında yığmanın eks futbolçusu Əfran İsmayılov deyib.

34 yaşlı yarımmüdafiəçi elita komandalarının limitdən əziyyət çəkdiyini bildirib: «Bu gün çoxu o yaşda normal futbolçu tapmır.

Bir-iki klubdan başqa bu, hamısında problemdir. Mən də 21 yaş limitinin əleyhinyəm.

İstedadlı gənc, onsuz da, özünə bir yer tapacaq, hardasa oynayacaq, üzdə olacaq. Vaxtilə özüm də limit olmayanda tanınmağa başlamışam.

Yəni istedadın varsa və öz üzərində çalışırsansa, Premyer Liqada komanda tapacaqsan.

Ancaq onu da fikirləşirəm ki, limit olmasa, məşqçilər cavanları tamamilə kənarda saxlayacaq. Onları da qınamaq olmur, hamısından nəticə istəyirlər».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti