İndən belə yaşamağa dəyər bir az da…

3 Aprel 2022 09:00 Problem 753
İndən belə yaşamağa dəyər bir az da…

Xanımım 2019-cu ildə ad günümə bir məqalə yazmışdı: «A.A. – Ağ Adam, Ağrılı Adam».

Yazını indi də oxuyanda kövrəlirəm. Ağrılarımı gözəl tutmuşdu. Mənim ən böyük ağrım Ağdamsızlıq idi, Qarabağsızlıq idi. 30 il bu ağrını yaşamışam. Üzüm gülüb, amma gözümün içi gülməyib. Üzüm gülüb, amma ürəyim gülməyib.

Çox ağır dərddi. Bu dünyaya bir dəfə gələsən, ömrünün yarısını ağrı-acı ilə yaşayasan.

İndi Allaha şükür, Ağdam da azad olunub, Qarabağ da. Ali Baş Komandanımız, Möhtərəm Prezident İlham Əliyev xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Şuşada Ocaq qaladı, heç vaxt sönməyəcək bir Ocaq.

Və mən də ad günümdə getdim Ağdamda həyətimizdə bir ocaq çatdım, üstündən də hoppandım . Elə gur yanırdı ki, elə bil 30 ilin həsrətini çəkmişdi. Həyat problemlərlə doludur, amma bütün problemləri yaşamaq olar, Qarabağ problemini yaşamaq olmur. Allaha şükür, bu problem həll olundu və indən belə yaşamağa dəyər bir az da.

Aqil ABBAS

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti