"Mən "Qarabağ"da 100 dollara oynayırdım, indj oğlumu məşqə zorla göndərirəm"

2 Aprel 2022 20:20 Problem 1 783
"Mən "Qarabağ"da 100 dollara oynayırdım, indj oğlumu məşqə zorla göndərirəm"

«Bizim vaxtımızda şərait yox idi, paltarımızı ağacda dəyişib, asfaltda oynaırdıq».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında vaxtilə Azərbycanın ən ödənişli futbolçularından olan Əfran İsmayılov deyib.

Premyer Liqada «Qarabağ» «Bakı», «Xəzər Lənkəran» kimi iddialı klubların formasını geyinmiş yarımmüdafiəçi yeni nəsilin yetişmədiyini bildirib:

«O vaxt «Gənclik»də «Üçüncü bağ» adlanan ərazi var idi, orada məşq edirdik. Heç nə yox idi - qum və daşdan başqa.

Amma həvəsli idik, özümüzü göstərmək istəyirdik. Gəldim, «Qarabağ» kimi klubda çıxış etdim, dəfələrlə avrokuboklarda iştirak etdim. İndiki uşaqlarda iradə görmürəm.

Ad çəkməyəcəm, o gün hamının istedadlı saydığı gənclərdən biri mənə deyir ki, futbolu atmaq istəyirəm. Səbəbini soruşdum, dedi, 1500 manat maaş alıram, mənə çatmır.

Dedi ki, bir dostum var, küçələrdə reklam lövhələri quraşdırır, 2000 manat maaş təklif edir, gedirəm onunla işləməyə.

Dəhşətə gəldim… Bir az özünə, məşqinə diqqət eləsə, iki-üç ildən sonra çoxlu pul qazana bilər e!

Mən «Qarabağ»da oynamağa başlayanda 100 dollar maaş alırdım. Neçə il 100-200 dollara oynamışam. İndi cavanlara baxıram, heç kim öz üzərində işləmir, tənbəllik edirlər.

Bizdən - Maksim Medvedev, Qara Qarayev və Rauf Əliyevdən sonra yetişən nəsil görmürəm. O vaxt arzu edirdik ki, bizə bir forma versinlər.

Başqa heç nə istəmirdik. İndikilərə hər şey verirlər, məşq etməyə can çəkirlər.

Biri elə oğlum. Bir gün məşqə gedir, beş gün getmir. Onu məşqə zorla göndərirəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti