"Mən susum deyə, AFFA qardaşımı milliyə çağırdı - Pula görə yolumu dəyişən deyiləm"

31 Mart 2022 15:00 Problem 3 267
"Mən susum deyə, AFFA qardaşımı milliyə çağırdı - Pula görə yolumu dəyişən deyiləm"

«Mən fikrimi əvvəldən demişdim və zaman göstərdi ki, yanılmamışam».

Bu sözləri Sportinfo.az-a açıqlamasında veteran futbolçu Zaur Ramazanov deyib.

Millinin Maltaya yollanan heyətində yer alan, lakin istər ev sahibləri, istərsə də Latviya ilə keçirilən yoxlama matçlarında şans qazanmayan Ağabala Ramazanov barədə danışan «Xəzər Lənkəran» və «Qarabağ»ın sabiq hücumçusu Canni De Byazinin qərarına təəccüblənmədiyini bildirib:

«Ağabalanı milliyə mənə görə geri qaytarmışdılar. Çağırmışdılar ki, mən bir də AFFA haqda danışmayım, həqiqəti söyləməyim.

Bilirdim ki, onsuz da, onu oynatmayacaqlar. Qardaşımı 2 ildən sonra çağırıblar deyə, susmalıyam? Ağabala hazır olanda bunların yadına düşmədi.

Gördülər ki iki turdur «Zirə»də oynamır, dedilər, gəl bura. Fikirlərini də mən dedim – Zaur mətbuata çıxıb AFFA-dan heç nə deməsin.

Soruşan olsa, deyəcəklər ki, hazır deyildi, oyuna çıxmağını lazım bilmədik. Adını qoyacaqlar ki, formadan uzaqdır.

Guya, aparanda görmürdülər ki, hazır deyil? Bunlar hamısı bir «oyun» idi. AFFA istəyir ki, mən susum, onların fəaliyyətini tənqid etməyim.

Görünür, bu adamlar hələ də məni tanımayıb. Beş günlük dünyadır, adam gedəndə özü ilə heç nə aparmır.

Hər şey bu dünyada qalır. Yaxşı ad da, pis adda. Bütün qohum-əqraba, dostlar, tanışlar bilir ki, Zaurun xasiyyəti necədir.

Pula görə fikrimi, yolumu, sözümü dəyişən deyiləm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti