“Heç kimə, heç bir gözəl sözə inanmırıq, heç bir şeydən vaz keçməyəcəyik" - VİDEO

31 Mart 2022 11:10 Problem 695
“Heç kimə, heç bir gözəl sözə inanmırıq, heç bir şeydən vaz keçməyəcəyik" - VİDEO

“Heç kimə, heç bir gözəl sözə inanmırıq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Döyüş meydanında real vəziyyət var və indi əsas məsələ budur. Heç bir şeydən vaz keçməyəcəyik. Torpağımızın hər bir metri üçün, xalqımızın hər bir nümayəndəsi üçün mübarizə aparacağıq”, - o qeyd edib.

Prezident vurğulayıb ki, davam edən bir müzakirə prosesi var:

“Amma bunlar sadəcə sözdür. Hələlik heç bir dəqiq razılaşma yoxdur. Rus birliklərinin Kiyev və Çerniqovdan çəkildiyi iddia edilir. Əslində, bunun geri çəkilmə deyil, işğalçıların ordumuz tərəfindən geri oturdulmasının nəticəsi olduğunu bilirik”.

Dövlət başçısı əlavə edib ki, Rusiya Donbasda yeni hücumlar üçün birliklər toplayır:

“Ancaq biz buna hazırlaşırdıq. Heç kimə inanmırıq. Torpaqlarımızdan vaz keçməyəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti