Azərbaycan millisinin Malta toplanışı ağır məğlubiyyətlərlə yadda qaldı. Öncə cırtdan ölkə təmsilçisi Maltaya məğlub olan (0-1) yığma növbəti görüşdə Latviya millisi ilə bacarmadı - 0:1.
Belə nəticələrədən sonra hamını düşündürən bir sual var. Bu rəqiblərlə də bacarmırıqsa, daha futbolu niyə oynayırıq?
Biri italiyanın qulağına niyə pıçıldamır ki, Malta sənə kimi 6 xal gözü ilə baxdığımız rəqib idi. Bu milliyə heç-heçə belə bağışlanmırdı. Hətta yaxın tarixdə buna görə ölkənin bir nömrəli məşqçisinə milli komandada qapını göstəriblər.
Təbii ki, belə faktları deyən olmadıqca, qoca italiyan da utanmadan "üç ötürmə verə bilmiriksə, 10 metr məsafədən ötürməni səhv veririksə hansı hücumdan danışa bilərik" deyəcək.
Heç olmasa ona deyin ki, sən normal müdafiə olundunmu səndən hücum futbolu da tələb olunsun?
Maltanın həvəskarları azacıq peşəkar olsaydılar fərq daha böyük olacaqdı. Bəlkə də indi darmadağından danışırdıq. Bəs belə müdafiəyə nə deyirsən? Ümumiyyətlə, son nəticələrdən sonra sən yenə nəsə demək istəyirsənsə...
XANOĞLAN İMANOV

