“Bunu tənqid edənlər səhvə yol verdilər, məhv etməyə çalışdılar”

29 Mart 2022 22:00 Problem 719
“Bunu tənqid edənlər səhvə yol verdilər, məhv etməyə çalışdılar”

PSJ-in prezidenti, Avropa Klublar Assosiasiyasının rəhbəri Nasser Əl-Xəlaifi Avropa Superliqası layihəsi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Əl-Xəlaifi bu layihəni tənqid edənlərin yanıldığını bildirib:

“Avropa futbol sistemini tənqid edənlər səhvə yol verdilər. Keçən il bəziləri öz komandalarının durumunu yaxşılaşdırmaq və ya hansısa təsir vasitəsi əldə etmək üçün Superliqa ideyasını məhv etməyə çalışdılar”.

Superliqa layihəsində Avropanın 12 nəhəng klubu yer almışdı. Amma FİFA və UEFA-nın təzyiqindən sonra bu layihənin reallaşdırılması dayandırıldı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti