FİFA "Neftçi"nin keçmiş hücumçusunun şikayətini təmin etdi

29 Mart 2022 10:40 Problem 1 543
FİFA "Neftçi"nin keçmiş hücumçusunun şikayətini təmin etdi

FİFA azərbaycanlı futbolçunun müraciətini araşdırıb.

Beynəlxalq futbol qurumu "Dinamo-Auto"dan şikayətçi olan Orxan Qurbanlının lehinə qərar çıxarıb.

Uzun sürən prosedurdan sonra Moldova klubunun hücumçuya təzminat ödəyəcəyi dəqiqləşib.

Problem ondadır ki, ötən mövsüm "Dinamo-Auto"nu n formasını geyinən "Neftçi"nin yetirməsi 6 aydan artıq müddətdə maaş ala bilməyib.

Adıçəkilən komanda maliyyə sıxıntısı və digər qeyri-müəyyən səbəblərdən ona əməkhaqqı ödəməyib. Belədə müqaviləni birtərəfli qaydada pozan forvard "Dinamo-Auto"nu məhkəməyə verib və istəyinə çatıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti