Millinin futbolçuları baş məşqçidən ŞİKAYƏT ETDİ

28 Mart 2022 14:00 Problem 1 438
Millinin futbolçuları baş məşqçidən ŞİKAYƏT ETDİ

Malta ilə yoxlama oyunundan (0:1) sonra millinin futbolçuları baş məşqçi Canni De Byazidən AFFA rəsmilərinə şikayətlənib.

Emin Mahmudov, Ramin Şeydayev və başqaları federasiya nümayəndələri ilə görüşərək, italyan mütəxəssisdən narazılığını dilə gətirib.

Onlar 65 yaşlı çalışdırıcının taktiki və heyətlə bağlı qərarlarının anlaşılmaz olduğunu bildiriblər.

Oyunçular deyib ki, De Byazi tez-tez fikrini dəyişir və nə istədiyini komanda üzvlərinə izah etməkdə çətinlik çəkir.

Narazılar qeyd edib ki, baş məşqçi rəqiblərin analizinə az vaxt ayırır və yalnız müdafiə olunmağı tapşırır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti