Millinin baş məşqçisi Canni De Byazi Malta ilə yoxlama matçının (1:0) nəticəsindən narazı qalıb.
İtaliyalı mütəxəssis bunu komandadaxili toplantıda futbolçuların özünə bildirib.
65 yaşlı çalışdırıcı onlardan fərqli oyun gözlədiyini, heç də güclü olmayan rəqibin meydanda daha üstün göründüyünü deyib.
De Byazi iddia edib ki, verdiyi taktiki tapşırıqlar yerinə yetirilməyib, əksər oyunçular bütün gücü ilə mübarizə aparmayıb, özlərini zədədən qoruyub.
Baş məşqçi xüsusən yarımmüdafiə ilə hücum xəttində çıxış edənlərin sönük təsir bağışladığını qeyd edib.
SPORTİNFO.AZ

