AFFA-da matəmdi. Şimali Makedoniya dünya çempionatının final mərhələsində iştirak edə bilər.
Hər dəfə hansısa zəif futbol ölkəsi uğur qazananda AFFA-da buna böyük qısqanclıq və paxıllıqla yanaşırlar.
Çünki həmin ölkələrin heç birində futbolun inkişafı üçün Azərbaycandakı qədər pul ayrılmayıb. Amma nə fayda?!
15 ildir Elxan Məmmədov futbolumuzu "inkişaf etdirir". İndiyəcən atılan ən doğru addım Qurban Qurbanovla Rəşad Sadıqovun milli komandalara gətirilməsi idi. Adamlar vəzifə borcunu vicdanla yerinə yetirib iş görmək istədilər, bu isə Elxan müəllimin xoşuna gəlmədi.
Rəşad hələ "Qarabağ"ın aşağı yaşlarında işləyəndə ölkədəki ən istedadlı uşaqları kluba toplayıb futbolumuzun gələcəyi üçün nəsə etməyə çalışırdı. Həm də sivil formada.
Həmin uşaqlar üçün klublara, onları yetişdirənlərə istədikləri məbləği ödəyib, rəsmi, professional qaydada gələcəyə hesablanmış ağıllı addımlar atırdı.
Nə yazıq ki, AFFA-da Rəşadı sevmirdilər, gənc yaşda qazandığıı uğurĺarı həzm edə bilmirdilər. Hətta, Qurban Qurbanova sən millidə qal işlə Rəşad getsin təklifinin verildiyi deyilir.
Amma Qurbanov millidən başını götürüb qaçdı. Bu həmin Qurbanov idi ki, son illər Elxan müəllimin bütün süni maneələrinə baxmayaraq klub futbolumuzu dünyada layiqincə təmsil edirdi...
Rəşad futbolumuzun inkişafı üçün Elxan müəllimə təzim etməli idi, Qurban hoca Elxan müəllimin çaldığı havaya oynamalı idi ki, millidə qalıb futbolumuzun bu biabırçı durumundan xilası üçün çarə tapsınlar.
Təəəsüf...
Anar Şabanoğlu

