Azərbaycan futboluna rəhbərlik edənlər, gözünüzü açın, yaxşı baxın: Şimali Makedoniyadır,
3-4 il əvvəl bizimlə Millətlər Liqasında eyni divizionda yer alan komanda.
Biz hələ də geriləməkdəyik, onlar isə Avropa çempionuna qalib gəlib, dünya çempionatının qapısını döyür.
Nə bizim kimi pulları var, nə də klubları Avrokuboklarda qrup mərhələsində oynayır.
Bizim futbol keçmiş SSRİ-də hansı sırada olubsa, Makedoniya da Yuqoslaviya İttifaqında serblər, xorvatlar, slovenlər, hətta bosniyalılardan sonra təxminən o statusda olub.
Bəs, niyə indi aramızda bu qədər fərq var? Çünki futbola işini bilən adamlar rəhbərlik edir. Elxan Məmmədov kimilər yox.
Federasiyalarının baş katibi ilə vitse-prezidenti də "evcik-evcik" oynamır.
P. S. "Biz də heç vaxt futbol olmayıb" deyənlər, yəqin, elə bilir ki, Makedoniyalı İsgəndər futbolçu olub, ona görə bu gün Makedoniya futbolda tarix yazır...
İlkin Fikrətoğlu
“feysbuk“ qeydləri

