“Azərbaycanda elə futbolçu yoxdur ki...” – QISA-KONKRET

23 Mart 2022 19:40 Problem 1 111
“Azərbaycanda elə futbolçu yoxdur ki...” – QISA-KONKRET

“Azərbaycan səviyyəsində yaxşı futbolçular çox olub, indi də var”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında “Neftçi-2”nin çalışdırıcısı Mahmud Qurbanov deyib.

Ölkədə karyerasını bitirmiş tanınmış futbolçulara münasibətdən danışan mütəxəssis bunları bildirib:

“Düzdür, Azərbaycanda elə futbolçu yoxdur ki, onun adi dünya səviyyəsində əbədiləşdirilsin. Ancaq öz miqyasımızda sözünü deyə bilmiş futbolçular çoxdur.

Fikrimcə, onlar daim diqqət görməyə layiqdir. Bəzən keçmiş futbolçuları unutdurmaq cəhdlərinə rast gəlmək olur.

Bu, çox pis haldır. Gənclərə nümunə ola biləcək orta nəsil nümayəndələrinə şans vermək, şərait yaratmaq lazımdır.

Vaxtilə futbolçu kimi Azərbaycan səviyyəsində uğurlar qazanmış şəxslərə imkan yaratsalar, onlar hələ uzun müddət futbola fayda verə bilərlər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti