“Bakı”nı Hafiz Məmmədovun güvəndiyi insanlar çökdürüb

22 Mart 2022 16:30 Problem 1 458
“Bakı”nı Hafiz Məmmədovun güvəndiyi insanlar çökdürüb

“Bəli, razıyam, daxildə hədsiz çox adam var idi.

Hər ağızdan bir söz çıxırdı və onun arxasında gedirdilər“.

Bu fikirlər “Bakı“nın sabiq baş məşqçisi Bojidar Bandoviçə məxsusdur. 2013-2014-cü illərdə paytaxt klubunu çalışdırmış monteneqrolu mütəxəssis Sportinfo.az-a açıqlama verib.

O, klubun müflis olub dağılmasının səbəbi kimi rəhbərliyin yanlış siyasət yürütməsindən danışıb. Hafiz Məmmədovun güvəndiyi insanların “Bakı”nı çökdürməsinə dair iddialara münasibət bildirən balkanlı çalışdırıcı deyib:

“Adla danışmağı xoşlamıram. Azərbaycanda çalışdığım 10 ay müddətində fikirlərimiz üst-üstə düşməsə də, yola gedirdik, əl sıxırdıq.

Beş futbolçu alırsansa, hamsının əla oynaması mümkün deyil. Mütləq arada 1-2-si ümidləri doğrultmayacaq.

Bu, hər yerdə belədir. Digər tərəfdən, sən komandaya səviyyəli, adlı-sanlı futbolçu gətirirsənsə, klubdakı işlər, klubun siyasəti həmin səviyyəyə cavab verməlidir. Təşkilatçılıq, peşəkarlıq, dəqiqlik – hər şey“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti