Azərbaycan millisinin sabiq hücumçusu təhdid olunur - Oğluna görə

22 Mart 2022 13:40 Problem 1 723
Azərbaycan millisinin sabiq hücumçusu təhdid olunur - Oğluna görə

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya "Rubin"in düşərgəsinə qayıtmayacaq.

Sportinfo.az "Match TV"yə istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı hücumameylli yarımmüdafiəçinin ailəsinin təhdid olunmasıdır.

Gürcülər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üzündən gənc vingerin Kazan təmsilçisində oynamasını istəmir.

Bosniya və Herseqovina və Albaniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət alan Kvaratsxeliyanın hansı qərarı qəbul edəcəyi hələlik bilinmir.

Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!