"Bizi tutub aparacaqlar"

21 Mart 2022 12:00 Problem 897
"Bizi tutub aparacaqlar"

"Nəinki dünya çempionatına, Azərbaycan klubları avrokubokların qrup mərhələsinə düşəndə bayram olur.

Mən də onu bayram hesab edirəm. O da olmalıdır".

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevə məxsusdur.

O, futbolun siaysət səviyyəsinə yüksəldiyini bildirib: "Futbol yuxarı qalxdıqca bizim də işimiz düzələr. Güləş, voleybol və ya basketbol bir yerdədir, futbol isə təkdir.

Futbol artıq siyasət olub. Fikir vermisizsə, Rusiyaya sanksiyalar tətbiq olunan kimi bu, futbolda da özünü göstərdi. Görün, idman nə qədər önəmli vasitədir.

Bir nəfərlə söhbət edirdim, ona dedim ki, Rusiyada hər şeydən əvvəl futbola sankisiya qoyuldu.

Bilirsiz, niyə? Ölkənin insanlarına psixoloji təsir etmək üçün. Allah eləməsin, bu gün Türkiyədə futbol bağlansa, necə olar? Neçə il orada yaşamışam.

Hər kəs bilir ki, məsələn, "Fənərbağça" nə zaman oynayacaq. Həmin azarkeş bazar ertəsindən matça hazırlaşır. İnsanlar futbolla, voleybolla yaşayırlar.

Basketbolda "Fənərbağça"nın komandası "Anadolu Efes"lə birlikdə Avroliqada çıxış edir. Demək olar ki, hamısına baxıram.

Hər gün üçün mənim cədvəlim var. Onların o qədər azarkeşi var ki...

Qarşılaşmalara qadınlar və uşaqlar da gedirlər. Patriotizm necə yaranır? Zallarda, insan kütləviliyində.

Gəlin, bayrağı götürək bu saat bayıra çıxaq. Bizi tutub aparacaqlar. Amma kütləvi idman tədbirlərində nə qədər desən, bayraq görmək olar.

"Qarabağ" udanda, görürsüz, hamımız necə sevinirik?".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti