"Xan Lənkəran"ın adını çəkdi, rayonları nişan Verdi: Bölgə azarkeşinə xoş gələcək - VİDEO

20 Mart 2022 20:00 Problem 1 241
"Xan Lənkəran"ın adını çəkdi, rayonları nişan Verdi: Bölgə azarkeşinə xoş gələcək - VİDEO

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov olub.

Vaxtilə «Kəpəz», «Şəmkir» və «Xəzər Lənkəran» kimi iddialı əyalət komandalarının formasını geyinmiş keçmiş yarımmüdafiəçi son vaxtlar yenidən gündəmi zəbt etmiş mövzuya toxunub.

O, böyük futbolun regionlara qayıtmasının vacibliyini vurğulayıb. "Bölgələrdə futbol daha çox yayılmalıdır" söyləyən müsahib J Divizionu misal çəkib.

Qurbanov komandasının Bakıda boş tribunalar önündə meydana çıxmasını təəssüf hissi ilə qeyd edib, "Xan Lənkəran"la yoxlama görüşünün futbolçularını yaxşı mənada təəccübləndirdiyini bildirib.

Verilişə bu linkdən daxil olub baxa bilərsiz.

Çəkilişdə göstərdiyi dəstəyə görə “Sport Arena Bar”a dərin təşəkkürümüzü bildiririk.

Futbol matçlarını böyük ekran vasitəsilə Bakıdakı gözəl məkanlardan biri olan “Sport Arena Bar”da izləyə bilərsiniz.

Məkanın böyük zalında, eləcə də türk klublarının atributları ilə bəzədilmiş digər kiçik və böyüktutumlu bütün otaqlarda Türkiyə çempionatını, həmçinin digər futbol və idman yarışlarını izləmək üçün böyük ekranlar quraşdırılıb.

Burada müştərilərə münasib qiymətlərlə milli və Avropa mətbəxi, yerli və xarici istehsal olan pivə, spirtli və spirtsiz içkilər, eləcə də qalyan təklif olunur. Bir sözlə, istirahətinizi ləziz təamlardan dadaraq müasir, gözoxşayan və müsbət abu-havası ilə daha ləzzətli edən “Sport Arena Bar” xidmətinizdədir.

Ünvan: Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 17 A (Bakı Oksford Liseyi ilə üzbəüz)

Əlaqə nömrəsi: 050 331 22 40

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti