"Bu, hörmətsizliyi dayandırmağın ən yaxşı yoludur”

20 Mart 2022 22:00 Problem 906
"Bu, hörmətsizliyi dayandırmağın ən yaxşı yoludur”

FİFA-da məsləhətçi kimi çalışan Arsen Venger hakimlərin mikrofondan istifadə etməsi təşəbbüsünü müdafiə edib.

Sportinfo.az xəbər verir ki, “Arsenal”ın keçmiş baş məşqçisi oyunlarda mikrofondan istifadə etməyin hakimlər üçün yaxşı olacağını bildirib:

“Biz özümüz insanlardan şəffaflıq tələb edirik. Hakimlər də qərarlarını izah etmək zərurəti ilə qarşılaşırlar və növbəti addım mikrofondan istifadə etməkdir.

Şəxsən mən hər şeyin eşidilə biləcəyinə etiraz etmirəm. Bu, hakimlərə hörmətsizliyi dayandırmağın ən yaxşı yoludur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti