"Mən heç kimdən incik deyiləm".
Bu sözləri “Sportinfo TV”yə açıqlamasında “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov deyib.
Uzun illərdir həm futbolçu, həm də məşqçi kimi futbola xidmət edən “Professor” ümumi diqqətdən kənarda qalması haqda bunları söyləyib:
“Mən başqa cür də danışa bilərdim, amma inciklik yoxdur. Qismət olar, nə isə alınar.
Sadəcə, hərdən elə şeylər olur, öz-özümə deyirəm ki, yəqin mən başqa sahədən gəlmişəm, futbolun içində olmamışam.
Əfsuslar olsun ki, hazırkı reallıq bundan ibarətdir. Hansısa futbolçunun zamanında qazandığı nəticələrə saymazyanalıq göstərirlər. bizim futbolçu dönəmindəki uğurlarımızı tez unutdurmağa çalışırlar.
Belə deyim var, kim futbolçudursa, özü üçün oynayır. Amma yenə deyirəm, məndə heç bir inciklik yoxdur”.

