Bu ölkə hava məkanını bağladı, millimizin rəqibi oyuna avtobusla gedəcək

18 Mart 2022 13:40 Problem 648
Bu ölkə hava məkanını bağladı, millimizin rəqibi oyuna avtobusla gedəcək

Qazaxıstan yığması UEFA Millətlər Liqasında Moldova ilə keçirəcəyi ilk pley-off matçına martın 22-də Rumıniya vasitəsilə yollanacaq.

Sportinfo.az xəbər verir ki, komandanı daşıyan çarter reysli təyyarə Rumıniyaya uçacaq.

Daha sonra təyinat yerinə kollektiv avtobusla yol qət edəcək.

Kişineuya birbaşa uçuş Moldova Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar hava məkanını bağladığı üçün alınmayacaq.

Qazaxıstan millisi pley-off matçlarının hazırlıqlarına bu gün paytaxt Nur-Sultanda başlaylb.

Kişineudakı qarşılaşma martın 24-də, cavab görüşü isə martın 29-da olacaq. Cütün qalibi Azərbaycan, Belarus və Slovakiyanın yer aldığı C Liqasının 3-cü qrupuna düşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti