"Bu adamlar məni bir neçə həftə incitdilər, hədələdilər"

18 Mart 2022 18:20 Problem 602
"Bu adamlar məni bir neçə həftə incitdilər, hədələdilər"

"Mançester Yunayted"in hücumçusu Markus Reşford Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko”ya uduzduqları oyundan sonra klub azarkeşləri ilə yaranan mübahisədən danışıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra Reşfordun azarkeşlərə orta barmağını göstərdiyi iddia edilən video ortaya çıxıb.

Futbolçu “tvitter”də məsələyə belə münasibət bildirib:

“Video sosial şəbəkələrdə qeyri-dəqiq məlumatların yayılmasına səbəb ola bilər. Bu adamlar məni bir neçə həftə incitdilər, hədələdilər və nəhayət “Atletiko” ilə qarşılaşmadan sonra emosiyalarıma hakim ola bilmədim.

Hər gün özünlə bağlı cəfəngiyatı oxumaq və eşitmək adamı yorur. Heç kim mənim işimi özüm qədər tənqid etmir.

Amma bu videoda gördükləriniz kontekstdən çıxarılıb. Təhqirlər təkcə mənim meydandakı oyunuma qarşı yönəlməmişdi.

Onlar mənim reaksiyamı gözləyirdilər. Telefonlar da hazır saxlamışdılar. Təbii ki, buna məhəl qoymamalıydım. Təhqir edənlərə dedim ki, yanım gəlib hər şeyi üzümə desinlər.

Orta barmağımı göstərməmişəm, buna haqqım yoxdur. Həmin an onların etdikləri axmaqlıq idi, amma mən özümü adam kimi apardım”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti