Türkiyə klubu azərbaycanlı legionerinə xəbərdarlıq etdi

16 Mart 2022 11:00 Problem 3 218
Türkiyə klubu azərbaycanlı legionerinə xəbərdarlıq etdi

"Bursaspor"un yeni baş məşqçisi Mustafa Er komandanın iki futbolçusu - Namiq Ələskərovla Burak Altıparmaka xəbərdarlıq edib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis sarı vərəqə limitində olan hər iki yarımmüdafiəçidən "Balıkesirspor"a qarşı I Liqanın 29-cu tur matçında diqqətli oynamağı istəyib.

Hazırda passivlərində üç sarı vərəqə olan yarımmüdafiəçilər növbəti xəbərdarlıqdan sonra cəzalı duruma düşəcəklər.

Bu halda, təcrübəli oyunçu 30-cu turda yığmanın digər üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" ilə qarşılaşmanı buraxmalı olacaq.

"Bursaspor" hazırda 25 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. 34 xalı olan "Keçiörengücü" isə 11-ci sırada yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti