Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində bu gün keçirilən "Qəbələ" - "Zirə" matçı yarımçıq dayandırılıb.
Buna Qəbələdə güclü qarın yağması səbəb olub. Təxirə salınan görüş 14 mart, saat 12:30-da qaldığı yerdən - 65-ci dəqiqədən davam etdiriləcək.
Xatırladaq ki, matçın dayandırıldığı dəqiqəyə kimi tərəflərdən fərqlənən olmayıb.
SPORTİNFO.AZ

