Yusufun qalmaqallı təqdimatına baxmayacaq – “Nataşa söhbəti”

27 Yanvar 2022 22:00 Problem 713
Yusufun qalmaqallı təqdimatına baxmayacaq – “Nataşa söhbəti”

Rusiya Futbol İttifaqının Etika Komitəsi ÇSKA-ya keçən Yusuf Yaçıçının qalmaqallı təqdimatına baxmayacaq

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı federasiyanın mətbuat xidməti yayıb:

“Etika Komitəsinə bununla bağlı heç bir müraciət daxil olmayıb. Ona görə də bu məsələyə baxılmayacaq”.

Yanvarın 19-da ÇSKA 24 yaşlı türk yarımmüdafiəçinin icarə əsasında kluba keçdiyini açıqlayıb.

Komandanın mətbuat xidməti klubla futbolçu arasındakı yazışmanın simulyasiya edilmiş videosunu yayıb.

Videoda “rus Nataşaları” haqda epizod var ki, ÇSKA-nın azarkeşlərinin böyük narazılığı ilə qarşılanıb.

Sonradan bu video silinib və klub televiziyasının baş redaktoru Yekaterina Kirilçeva ictimaiyyətdən üzr istəyib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi