Otelə qapanan millimizin qapıçısından təsirli paylaşım - FOTO

22 Yanvar 2022 17:00 Problem 1 889
Otelə qapanan millimizin qapıçısından təsirli paylaşım - FOTO

Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstana qarşı Avropa çempionatının final mərhələsinin ilk oyununda iştirak etməyəcəklər.

Dünən hər iki oyunçudan götürülmüş koronavirus testinin cavabı pozitiv çıxıb.

PCR testi vermiş hər iki futzalçı Niderlandda məskunlaşdıqları oteldə karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.

Gürcüstana qarşı oynamaqdan məhrum olan 30 yaşlı qapıçı “feysbuk”da təsirli paylaşımla yadda qalıb. O, social şəbəkə hesabında komanda yoldaşlarına bu cür dəstək olub:

“Bu sözləri yazmaq istəməzdim. Yanınızda ola bilməsəm də, ürəyim sizinlədir. Uğurlar, Azərbaycan!”

Azərbaycan – Gürcüstan oyunu bu gün Bakı vaxtı ilə saat 17.30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var