Messinin problemi var- DÇ-2022-nin seçmə mərhələsini buraxacaq?

8 Yanvar 2022 15:40 Problem 906
Messinin problemi var-  DÇ-2022-nin seçmə mərhələsini buraxacaq?

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsinin qarşıdakı iki oyununu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Lionel Skaloni koronavirusdan yeni sağalan futbolçuya DÇ-2022-nin matçlarında meydana çıxmamağı məsləhət görüb.

Messi Skaloninin bu tövsiyəsinə hələ cavab verməyib.

Argentina yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində yanvarın 28-də Çilinin qonağı olacaq, fevralın 2-də isə Kolumbiya ilə üz-üzə gələcək.

Argentina millisi Qətərdə keçiriləcək mundiala vəsiqəni təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var