"Mahir burada oynamaq istəmirsə, qoy, oynamasın, heç kim onun üçün ağlamayacaq"

7 Yanvar 2022 01:00 Problem 2 859
"Mahir burada oynamaq istəmirsə, qoy, oynamasın, heç kim onun üçün ağlamayacaq"

"Komandadan ayrılmaq onun öz qərarıdır".

Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın futbolçusu Mateuş Xolovniya Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Varşava təmsilçisi ilə müqaviləsini pozmaq istəyinə münasibət bildirərkən deyib.

Polşalı müdafiəçi vurğulayıb ki, komandada heç kim 25 yaşlı forvard üçün ağlamayacaq: "Legiya"da oynamaq istəmirsə, qoy, oynamasın.

Mən də azarkeşlərin bu cür davranışı ilə qarşılaşmışam. Fanatlar bəzən qırmızı xətti keçirlər. Belə olmamalıdır.

Amma düşünürəm ki, futbolçu bunu həzm etməlidir. Lukinyas da eyni şeyi yaşadı. Lakin birtəhər sağaldı və oynamağa davam etmək istəyir".

Mahir Emreli "Legiya"nın bu gün start götürən təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var