“Legiya” işini ehtiyatlı tutdu, Mahiri də... BIÇAQ SÜMÜYƏ DİRƏNİB

6 Yanvar 2022 19:00 Problem 1 902
“Legiya” işini ehtiyatlı tutdu, Mahiri də... BIÇAQ SÜMÜYƏ DİRƏNİB

“Legiya” təlim-məşq toplanışı üçün Dubaya yollanacaq heyəti açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Polşa klubu hazırlıqda iştirak etməli olan 35 futbolçunun adını bəyan edib ki, onlar arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

Bildirilib ki, zədədən əziyyət çəkən Bartoş Kapustka və Joel Abu Hanna yanvarın 14-də düşərgəyə qoşulacaq.

Bundan başqa, 5 oyunçunun koronavirusa yoluxduğu üçün təcrid olunduğu, Mahir Emrelinin isə səfərə gedəcək kollektivdə yer almayacağı vurğulanıb.

“Legiya” rəhbərliyi də 25 yaşlı forvardın Dubay toplanışına qatılmasını gözləmir. Xüsusən də, onun kluba ayrılmaq istədiyini bildirən məktub göndərməsindən sonra.

Sadəcə, polşalılar formal olaraq Emrelinin adını siyahıda göstərib. Bu, futbolçunun düşərgəyə qatılmaması təqdirində onunla bağlı sərt cəza tədbiri görmək üçün əsaslı səbəb olacaq.

Mahir Emrelinin “Legiya” ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var