Bölgə klubu dağılır? - Baş məşqçi yaranmış durumu şərh etmək istəmədi

6 Yanvar 2022 19:40 Problem 1 450
Bölgə klubu dağılır? - Baş məşqçi yaranmış durumu şərh etmək istəmədi

Region Liqasında mübarizə aparan "Şahdağ"ın fəaliyyətini dayandırması ərəfəsində olduğunu məlumat vermişdik.

Dağılmaq səbəbi isə hər zaman olduğu kimi maliyyə problemidir.

Klub prezidenti Xanbaba Daşdı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkir.

Bu səbəbdən də futbolçular və məşqçilərə edilməli olan ödənişlər gecikir. Məsələ ilə bağlı son vəziyyəti öyrənmək üçün komandanın baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxladıq.

Gənc mütəxəssisdən yaşananlara izah verməsini xahiş etdik. Amma geniş danışmaq istəməyən Qəzənfər müəllim qısaca bunları dedi:

"Bu barədə indi nəsə danışmaq istəmirəm. Müəyyən məsələlər var ki, onu gözəyirəm. Yaxın vaxtda hər şey bilinəcək".

Ötən yay yaranan və demək olar Sumqayıtın "Uğur" komandasının üzvlərindən formalaşan "Şahdağ" ilk dövrədən sonra Paytaxt-Şimal zonasının B qrupunda liderdi. Komanda arxada qalan turlarda 12 xal toplayıb.

XANOĞLAN / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var