Pandemiyanın sonu göründü: Bu tarixdən sonra...

6 Yanvar 2022 01:20 Problem 954
Pandemiyanın sonu göründü: Bu tarixdən sonra...

Alman ekspertlərinin sözlərinə görə, pasxadan sonra pandemiya endemik olacaq.

Pandemiya və endemik arasındakı ən əhəmiyyətli fərq ölüm sayı ilə müəyyən edilir.

Məsələn, soyuqdəymə endemik hesab olunur. Kütləvi ölümlərə səbəb ola bilən koronavirus, çiçək və vəba kimi epidemiyalar pandemiya olaraq təyin olunur.

Koronavirusun yeni variantı omikron sayəsində COVID-19 qrip kimi həyatımıza kök salacaq və mövcud olacaq, lakin ciddi xəstəlik riski daşımayacaq.

Berlində yaşayan ekspert virusoloq və Almaniya hökumətinin müşaviri Kristian Dorsten “ZDF” televiziyasına müsahibəsində bildirib ki, digər variantlarla müqayisədə omikron çox sürətlə yayılsa da, soyuqdəymə kimi daha az xəstəliklərə səbəb olur. Omikronun yayıldığı Cənubi Afrikada vəziyyətin çox sürətlə yaxşılaşdığını qeyd edən Dorzten bunda ən böyük payın əhalinin çoxunun peyvənd olunması ilə, peyvənd olunmayanların isə artıq xəstəliyi keçirməsi ilə izah edib.

“Avropada ən böyük problem yaşlı əhalinin çoxluğudur. Almaniya, İngiltərə və Danimarkada yaşlı əhali Cənubi Afrikadan xeyli çoxdur. Bu, omikronu təhlükəli edə bilər. İstənilən halda xəstəliyin fəsadlarının qarşısını almaq üçün vaksiyaniya prosesi sürətləndirilməlidir.

Almaniyaya əsl omikron dalğası hələ çatmayıb. Pasxa bayramına qədər Almaniya və bir çox Avropa ölkələri tamamilə omikron dalğasına bürünəcək, lakin bu tarixdən sonra xəstəlik Avropada da endemik olacaq” , - virusoloq qeyd edib (publika.az).

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var